Xəbərlər
Pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsi tərəfindən təltif olunublar.

01 fevral 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsinin təşkilatçılığı ilə pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlərlə görüş keçirilmişdir. Görüşdə Astara rayonu üzrə təhsil sektorunun müdiri və təhsil sektorunun əməkdaşları da iştirak etmişdir. Tədbir zamanı çıxış edənlər gənc müəllimləri təhsil sistemində fəal olmağa, daim öz üzərlərində işləməyə və yeniliklərə açıq olmağa çağırmış, həmkarlar ittifaqının müəllimlərin sosial-iqtisadi hüquqlarının müdafiəsindəki rolundan bəhs etmişlər.
Sonda gənc müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulanmış, yüksək bal toplayaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər təltif edilmiş, həmçinin bütün gənc müəllimlərə komitə tərəfindən hədiyyələr təqdim olunmuşdur.











