“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pedaqoji fəaliyyətin şərəfli 65 ili

17/02/2026, 15:50
xeber1

36 nömrəli tam orta məktəbdə çalışan ibtidai sinif müəllimi Kərimova Pərzad Əli qızının və ingilis dili müəllimi Səfərova Nərminə Qabil qızının 65 illik yubileyləri münasibətilə səmimi görüş keçirilmişdir.

Görüş zamanı vurğulanmışdır ki, hər iki pedaqoq illər boyu məktəb həyatının ayrılmaz hissəsinə çevrilmiş, minlərlə şagirdin ilk uğur addımlarında onlara dayaq olmuşdur. Pərzad müəllimə kiçik yaşlı şagirdlərin savad dünyasına açılan qapısını sevgi və qayğı ilə açmış, Nərminə müəllimə isə xarici dil biliklərini böyük həvəs və peşəkarlıqla aşılayaraq onların dünyagörüşünü genişləndirmişdir. Onların səmimiyyəti, prinsipiallığı və peşəyə bağlılığı kollektiv tərəfindən yüksək qiymətləndirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi yubilyarları əlamətdar 65 illik həyat mərhələsi münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, ruh yüksəkliyi, ailə xoşbəxtliyi və qarşıdakı illərdə də sevgi və hörmət içində bir ömür arzulayır.

Sonda yubilyarlara gül dəstələri, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunmuş, xoş sözlər və səmimi arzular səsləndirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: