“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pedaqoji fəaliyyətinə verilən dəyərin növbəti ifadəsi

08/06/2026, 11:15
xeber1

Şamaxı rayonu Anar Babaşov adına Şəhriyar qəsəbə tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Behruzi Ceyran Ağahüseyn qızı yubileyi münasibətilə təltif olunub.

Təhsil sahəsindəki səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri və uzunillik pedaqoji əməyi nəzərə alınaraq, Behruzi Ceyran Ağahüseyn qızı ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Tədbirdə Behruzi Ceyran Ağahüseyn qızının təhsil sahəsində qazandığı nailiyyətlərdən bəhs olunub, onun müəllimlik fəaliyyətinə verilən yüksək qiymət vurğulanıb. Ceyran müəlliməyə gələcək fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulanıb.

Sosial şəbəkələrdə paylaş: