Xəbərlər
Pedaqoji ömrün 65 illik müdriklik zirvəsi

Göyçay şəhəri akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş dəyərli müəllimlər – Əzimova Rəna Asif qızı, Şükürova Kəmalə Yunis qızı, Əliyeva Təranə Arif qızı, Əmirova İradə Şuluq qızı, Kərimova Həqiqət Cavad qızı və Nuriyeva Dilşad Nəriman qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova yubilyar müəllimləri səmimi qəlbdən təbrik edərək, onların təhsil sahəsində uzun illər ərzində göstərdikləri fədakar xidmətləri, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişdirilməsindəki əvəzsiz zəhmətlərini yüksək qiymətləndirib.
Yubilyarlara ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən fəxri mükafatlar və təşəkkürnamələr təqdim olunub. Qeyd edilib ki, müəllim adı cəmiyyətimizin ən böyük mənəvi dəyərlərindən biridir və ömrünü bu müqəddəs peşəyə həsr edən insanların zəhməti hər zaman ehtiramla anılır.
ETİHİ Göyçay Rayon Komitəsi dəyərli müəllimlərimizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı həyatlarında da sevinc, xoş günlər arzulayır.









