“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pedaqoji və elmi fəaliyyətləri yüksək qiymətləndirilən müəllimlərimiz yubileyləri münasibətilə təbrik olunublar

05/11/2026, 14:38
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin dosentləri Mətanət Mahmud qızı Əsgərovanın və Naibə Əhmədağa qızı Əhmədovanın 60 illik yubileyləri münasibətilə təbrik mərasimi keçirilib.

    Universitetdə uzun illər səmərəli elmi-pedaqoji fəaliyyət göstərən, zəngin peşəkar təcrübələri, yüksək məsuliyyətləri və təhsilin inkişafına verdikləri töhfələrlə seçilən yubilyarlar həm elmi, həm də pedaqoji fəaliyyətləri ilə kollektivin hörmət və rəğbətini qazanıblar.

    Dosent Mətanət Əsgərova uzun illər ərzində universitetdə müxtəlif rəhbər vəzifələrdə çalışmış, çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və elmi məqalələrin müəllifi kimi elmi-pedaqoji fəaliyyətə mühüm töhfələr vermişdir.

     Dosent Naibə Əhmədova isə Azərbaycan tarixi sahəsində apardığı elmi araşdırmalar, pedaqoji fəaliyyəti və kafedra müdiri kimi səmərəli fəaliyyəti ilə seçilir.

    Yubileylər münasibətilə həm rəhbərlik, həm də  Həmkarlar İttifaqı Komitəsi tərəfindən müəllimlərə Fəxri fərman, gül dəstəsi və pul mükafatı təqdim olunub.

    Həmkarlar İttifaqı Komitəsi yubilyarları əlamətdar yaş münasibətilə təbrik edərək, onların çoxillik zəhmətinə, peşəkarlığına və universitet həyatındakı xidmətlərinə yüksək ehtiramını ifadə edib. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: