“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pedqoqun 65 illik yubileyi qeyd olundu

23/01/2026, 13:13
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Mənsimova İradə Qara qızının 65 illik yubileyi qeyd olunub.

Yubiley münasibətilə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli tərəfindən Mənsimova İradə Qara qızına fəxri fərman, qiymətli hədiyyə və gül dəstəsi təqdim edilib.

İradə müəllimənin uzun illər pedaqoji fəaliyyəti, gənc nəslin tərbiyəsindəki xidmətləri və təhsil sahəsindəki əməyi yüksək qiymətləndirilib.

Qeyd olunan yubiley təhsil işçilərinin sosial müdafiəsi və əməyinin layiqincə qiymətləndirilməsi istiqamətində həyata keçirilən ənənəvi təşəbbüslərdən biridir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: