“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"İpək Tellərdə Milli Kimlik" adlı tədbir keçirilib

27/11/2025, 00:01
xeber1

26 noyabr "Azərbaycan Kəlağayısı Günü" münasibətilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində “İpək Tellərdə Milli Kimlik” adlı tədbir keçirilib.Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə "Azəripək" MMC nin və "Süsən" Kəlağayı evinin nümayəndələrinin iştirakı ilə kəlağayıya naxışın salınması prosesi əyani şəkildə iştirakçılara və qonaqlara təqdim olunub və "Kəlağayının Sehri"adlı sərgiyə baxış keçirilib.

Tədbirdə ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki Şəhər Heydər Əliyev Mərkəzinin müdiri Rauf Hacıyev, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müdir vəzifəsini icra edən Ülkər Mahmudova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Nəzakət Əliyeva, Azəripək ASC nin xidmət rəisi Teymur Musayev,ziyalılar,müəllimlər və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, kəlağayı Azərbaycanın milli irsinin ən incə və dəyərli nümunələrindən biridir. O, təkcə baş örtüyü deyil, həm də xalqın zövqünün, ruhunun və mənəvi yaddaşının daşıyıcısıdır. Qeyd olunub ki, kəlağayının yaranma tarixi ölkəmizin çoxəsrlik ipəkçilik ənənələri ilə birbaşa bağlıdır. Azərbaycanın müxtəlif bölgələrində kəlağayı nümunələri naxışı və texnikası ilə fərqlənsə də, onun əsas fəlsəfəsi, qadının zərifliyini, ismətini və saflığını simvolizə etməsi dəyişməz olaraq qalır. Bu baş örtüyü həm sülhü və əmin-amanlığı xarakterizə edir, həm də xüsusi mərasimlərdə, toy və nişanlarda, gündəlik həyatda istifadə olunur.

Xatırladaq ki, Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: