“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pəlikəş kənd tam orta ümumtəhsil məktəbində iki əməkdaşın 60 illik yubileyi qeyd olundu.

01/03/2026, 23:00
xeber1

Astara rayonu Pəlikəş kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Həmzəyev Zikrulla Tacib oğlunun və məktəbin laborantı Hacıyev Ramiz Hacı oğlunun 60 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Zikrulla müəllimin uzunmüddətli və səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi dəyərli töhfələr tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda Ramiz müəllimin də məktəbdə uzun illər ərzində məsuliyyətli və vicdanlı fəaliyyəti, tədris prosesinin təşkilində göstərdiyi əməyin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Tədbirin sonunda Zikrulla müəllim və Ramiz müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Hörmətli Zikrulla və Ramiz müəllimə 60 illik yubileyləri münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: