Xəbərlər
Pensər kənd məktəbində yubiley tədbiri keçirildi.
28/04/2026, 12:45

Astara rayonu Pensər kəndi Zülfüqar Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin təsərrüfat işləri üzrə direktor müavini Zaidov Mərahim Əhməd oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Mərahim müəllimin uzun illər ərzində məktəbdə göstərdiyi səmərəli fəaliyyətdən, təsərrüfat işlərinin təşkili sahəsindəki nümunəvi əməyindən, həmçinin kollektiv arasında qazandığı yüksək hörmət və nüfuzdan bəhs etmişlər.
Sonda Mərahim müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.





