Xəbərlər
Perekəşkül məktəbində yeni ilk təşkilat sədri seçildi

Perekəşkül qəsəbə tam orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbirdə məktəb kollektivi, ittifaq nümayəndələri və qonaqlar iştirak etmişdir.
Yığıncağın əsas məqsədi məktəbdə həmkarlar ittifaqı fəaliyyətinin mövcud vəziyyətinin qiymətləndirilməsi, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi və qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur.
Yığıncaqda açıq və şəffaf keçirilən səsvermənin nəticələrinə əsasən, Nəcəfova İradə Sabir qızı Perekəşkül qəsəbə tam orta məktəbinin həmkarlar ittifaqı ilk təşkilatının sədri seçilmişdir.
Tədbirin sonunda qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müzakirə olunmuş, müəllimlərin sosial təminatının gücləndirilməsi və əməkdaşlığın inkişafı istiqamətində təkliflər səsləndirilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi olaraq, sədr seçilən İradə xanımı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Müəllim kollektivinin yanında olmağa daim davam edəcəyik!





