“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Peşə məktəbində tələbələrlə görüş

28/10/2025, 12:23
xeber1

✅ ️Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin təşkilatçılığı ilə Goranboy Peşə məktəbində təhsil alan tələbələrlə görüş keçirildi.


➡️ Görüşdə tələbələrin Həmkarlar İttifaqının üzv olması ilə əlaqədar maarifləndirici söhbətlər aparılmış, təşkilatın fəaliyyəti, məqsədləri, tələbələr üçün yaratdığı sosial və hüquqi imkanlar barədə ətraflı məlumat verilmişdir. Təşkilat üzvlərinin təqaüd proqramlarından, təlim və seminar imkanlarından, istirahət düşərgələrindən və hüquqi yardımdan yararlana bilmə imkanının olması bildirib. Natiqlər vurğuladılar ki, həmkarlar təşkilatı yalnız işçilərin deyil, həm də gənclərin sosial maraqlarını müdafiə edir. Gəncləri maraqlandıran suallar geniş şəkildə cavablandırılmışdır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: