“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Peşə Məktəbinin PHŞ kollektivi Şəki şəhərində səfərdə olublar

24/08/2026, 14:45
xeber1

Tərtər Peşə Məktəbinin PHŞ kollektivinin bir qrup ,müəllim və istehsalat təlim usdaları ekskursiyaya getmək üçün, Elm və Təhsil işçiləri Həmkarlar ittifaqının Tərtər rayon komitəsinə müraciət etmişdir. Komitə tərəfindən təşkil edilmiş Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərinə səfər ediblər. Səfər iştirakçıları ziyarət etdikləri bölgələrin təbii gözəlliklərini seyr edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb və həmkarlar arasında ünsiyyətin, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib. Tərtər Peşə Məktəbinin PHŞ kollektivinin bir günlük gəzintisini təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Sosial şəbəkələrdə paylaş: