Xəbərlər
Peşə Təhsil Mərkəzində Həmkarlar İttifaqının ümumi yığıncağı keçirildi

23 oktyabr 2026- cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbələrlə Həmkarlar İttifaqının ümumi yığıncağı keçirildi.Yığıncaqda ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov , kollektiv üzvləri, müəllim və tələbələr iştirak etdilər. Əsas məqsəd keçən il yaradılmış tələbə həmkarlar təşkilatının formalaşdırılmasını başa çatdırmaq, yeni qəbul olunmuş tələbələri və texniki işçiləri həmkarlar ittifaqı üzvlüyinə cəlb eləmək olmuşdur. Çıxış edən Rayon Komitəsi sədri Həmkarlar İttifaqının vəzifəsi, nizamnaməsi haqqında ətraflı məlumat verdi. Həmçinin o, işçilərin və tələbələrin sosial hüquqlarının qorunması, əmək şəraitinin yaxşılaşdlrılması, sağlamlığı, istirahəti və asudə vaxtının səmərəli təşkil edilməsilə bağlı AHİK- in və ETİHİ Respublika Komitəsinin son illər gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında məlumat verdi.Komitə sədri çıxış edərək qeyd etdi ki, Respublika Komitəsinin nəzdində fəailiyyət göstərən " Təhsil İstirahət Mərkəzi"ndə ittifaq üzvlərinə, xüsusən min nəfərdən çox tələbələrə həmkarlar ittifaqının vəsaiti hesabına səmərəli istirahət təşkil olunmuşdur.Hər bir həmkarlar ittifaqı üzvü bu imtiyazdan səmərəli şəkildə yararlana bilər. Yığncaqda l kurs tələbələrinin və yeni işə qəbul olmuş texniki işçlərin ittifaqa üzv olmaları haqqında qərar qəbul olundu. Həmkarlar ittifaqına üzvlüyə qəbulun sənədləşdirilməsi ilk taəşkilata tapşırıldı.
Həmkarlar ittifaqına yeni qəbul olmuş üzvləri təbrik edirik.







