Xəbərlər
Peşə Təhsil Mərkəzində təhsil alan 685 nəfər tələbə könüllü şəkildə həmkarlar ittifaqına üzv olub

Peşə Təhsil Mərkəzində təhsil alan 685 nəfər tələbə könüllü şəkildə həmkarlar ittifaqına üzv olub.
Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində Həmkarlar Təşkilatının növbədənkənar seçki iclası keçirilib.
İclasda ETİHİ Sumqayıt Şəhər Komitəsinin sədri Elşad Novruzov iştirak edərək həmkarlar ittifaqının fəaliyyəti və görülmüş işlər barədə məlumat verib, gündəlik məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Təqdimat zamanı bildirilib ki, Peşə Təhsil Mərkəzində təhsil alan 751 tələbədən 685 nəfəri könüllü şəkildə həmkarlar ittifaqına üzv qəbul olunub. Daha sonra Birgə Həmkarlar Təşkilatının komitə və təftiş komissiyasının tərkibində qismən dəyişikliklər müzakirə olunaraq səsverməyə çıxarılıb və yeni tərkib seçilib. Sonda sədr seçkisi keçirilib , Tovuz Abdullayeva Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin birləşmiş Həmkarlar Təşkilatının sədri seçilib.




