Xəbərlər
Peşə təhsili tələbələri Zəfər Parkında

exnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri və komitənin üzvü olan tələbələr Zəfər Parkını ziyarət ediblər.
Ziyarətin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətinin bir daha vurğulanması olub.
Ziyarət zamanı tələbələr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin rəmzi olan Zəfər Abidəsinin önünə gül dəstələri qoyublar. Onlar Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd olunub ki, bu cür ziyarətlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, tariximizə, milli qəhrəmanlarımıza və dövlətçilik ənənələrimizə bağlılığın möhkəmləndirilməsinə mühüm töhfə verir. Tələbələr üçün Zəfər Parkına ziyarət həm də xalqımızın birliyini, iradəsini və qəhrəmanlığını əks etdirən tarixi Qələbəni bir daha xatırlamaq baxımından əhəmiyyətli olub.







