“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Peşəsinə sadiq müəllimin uğur yolu

13/04/2026, 09:59
xeber1


Əhmədov Nurlan Rəhman oğlu 11 aprel 1989-cu ildə Xocalı rayonu, Kosalar kəndində anadan olmuşdur.


2007-ci ildə akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbi bitirmiş və həmin ildə Bakı Avrasiya Universitetinin Xarici dillər fakültəsinə daxil olmuşdur. 2011-ci ildə ali təhsilini uğurla başa vurmuşdur.


Peşə fəaliyyətinə böyük həvəslə başlayan Nurlan müəllim 2013–2018-ci illər ərzində Göyçay rayonunun müxtəlif ümumtəhsil məktəblərində müəllim kimi çalışmışdır. Bununla yanaşı, 2012-ci ildən etibarən repetitorluq fəaliyyəti ilə də məşğul olmuş, hazırladığı şagirdlər Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olunmuşlar.


2021-ci ildən etibarən Göyçay Rayon Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim kimi fəaliyyətini davam etdirir.


Peşəkar fəaliyyətinə və təhsilin inkişafına verdiyi töhfələrə görə ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.


Rus və İngilis dillərini bilən Nurlan müəllim 12 illik pedaqoji fəaliyyətində bu şərəfli peşəni seçdiyi üçün qürur duyur və gələcək nəsillərin yetişməsinə töhfə verməkdə davam edir.

Sosial şəbəkələrdə paylaş: