Xəbərlər
Peşəsinə sədaqətlə xidmət edən təhsil işçisi
15/05/2026, 14:43

ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən Şamaxı şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin laborantı Babayeva Esmira Qulam qızına 65 illik yubileyi münasibətilə səmərəli fəaliyyəti və təhsil sahəsində göstərdiyi xidmətlər nəzərə alınaraq Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Tədbirdə Esmira xanımın uzun illər ərzində məktəbdə göstərdiyi nümunəvi fəaliyyət, kollektiv arasında qazandığı hörmət və təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.
ETİHİ Şamaxı Rayon Komitəsi olaraq Esmira xanıma möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.




