“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə möhtəşəm bayram şənliyi təşkil olunub.

19/03/2026, 13:37
xeber1

Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə bayram şənliyi təşkil olunub.Tədbir boyu milli musiqilər səsləndirilib,rəqslər ifa olunub,müxtəlif maraqlı çıxışlar təqdim edilib və iştirakçılar əsl bayram abu-havasını hiss ediblər.Şənlik çərçivəsində rayonun təhsil müəssisələrini təmsil edən rəngarəng stendlər qurulub.Hər bir stenddə Novruzun zəngin adət-ənənələri,milli dekorlar,eləcə də müxtəlif yeməklər və şirniyyatlarla bəzədilmiş süfrələr nümayiş etdirilib.Səməni, xonçalar və milli atributlar tədbirə xüsusi gözəllik qatıb.Bayram tonqalı ətrafında toplaşan iştirakçılar birlik və həmrəylik nümayiş etdirərək Novruz sevincini bölüşüblər.Bu gözəl bayram şənliyi Pirallahı rayonunda birlik, sevinc və milli dəyərlərə bağlılığın bariz nümunəsinə çevrilib.

Novruz bayramınız mübarək! 

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: