Xəbərlər
Pirallahı rayonu 243 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

243 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Çıxış edənlər Xocalı faciəsinin xalqımızın tarixində ən ağır və unudulmaz səhifələrdən biri olduğunu vurğulayıb, faciə qurbanlarının xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib.Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib,ədəbi-bədii kompozisiyalar təqdim olunub.Tədbirin əsas məqsədinin gənc nəslə tariximizi unutmamağı,şəhidlərimizin xatirəsinə ehtiram göstərməyi və vətənpərvərlik ruhunu aşılamaq olduğu qeyd edilib.Xocalı faciəsi heç zaman unudulmayacaq və şəhidlərimizin xatirəsi daim ehtiramla anılacaq.








