“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual oyun keçirilib.

07/11/2025, 13:20
xeber1

5 noyabr 2025-ci il tarixində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Pirallahı rayonu üzrə ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı(ETİHİ) Pirallahı rayon komitəsi və Pirallahı Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, ETİHİ Pirallahı rayon komitəsinin sədri Arzu Cahangirova, Pirallahı Gənclər Evinin direktoru Səkinə Məmmədova iştirak edib..

İntellektual oyunun yekun nəticələrinə əsasən:


231 nömrəli tam orta məktəbin “Dəmir Yumruq” komandası;

243 nömrəli tam orta məktəbin “Qələbə” komandası;

186 nömrəli tam orta məktəb “Zəfər” komandaları müvafiq yerləri tutub.

Qalib komandalar təşkilatçı qurumlar tərəfindən fəxri-fərman, diplom və xatirə hədiyyələri ilə təltif edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: