Xəbərlər
Pirallahı rayonunda “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il böyük təntənə ilə qeyd edilib.
29/12/2025, 23:32

29 dekabr 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni-2026-cı ilin gəlişi münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib. “Gənclər” Parkında keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.










