Xəbərlər
Pirallahı rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi.

Pirallahı rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
6 mart 2026-cı il tarixində Pirallahı rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Azərbaycanda qadın siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. O vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gender bərabərliyi siyasəti nəticəsində Azərbaycan qadınları bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanırlar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qadınların cəmiyyətdə rolu daha da güclənib,onların sosial müdafiəsi və fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova qeyd edib ki, Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynamış, xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə ediblər. O bildirib ki, bu gün qadınların cəmiyyət həyatında fəal iştirakı ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Arzu Cahangirova çıxışında xüsusilə təhsil sahəsində çalışan qadınların gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında, onların savadlı və layiqli vətəndaş kimi formalaşmasında mühüm rol oynadıqlarını qeyd edib,bütün qadınları bayram münasibətilə təbrik edib..
Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbir iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib,Azərbaycan qadınlarının tarix boyu öz müdrikliyi, zəhmətkeşliyi və vətənpərvərliyi ilə seçildiyini vurğulayıb.O qeyd edib ki, bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və müxtəlif sahələrdə fəal iştirak edərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər.Tədbirin sonunda bir qrup fəal qadın mükafatlandırılıb.







