Xəbərlər
Pirallahı rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

3 oktyabr 2025-ci il tarixində Pirallahı rayonunda Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbir Pirallahı rayon İcra Hakimiyyətinin YAP Pirallahı Rayon Teşkilatının ,Elm ve Təhsil İşçiləri Həmkarlar İttifaqqı Pirallahı Rayon Komitəsinin birgə təçkilatçılığı ilə baş tutub.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov,başçının müavini Zülfiyyə Məmmədhüseynova,YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Piallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova,ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir müəllim əməyinə verilən yüksək qiymətin və təşəkkürün təzahürü kimi qeyd olundu.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ardınca “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Sonda tədbirdə iştirak edən qabaqcıl təhsil işçiləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.
Pirallahı rayonunda keçirilən bu tədbir bir daha sübut etdi ki, müəllimlik peşəsi həmişə hörmətə və ehtirama layiqdir. Belə tədbirlər təhsil işçilərinə ruh yüksəkliyi verir, onların gələcək fəaliyyətinə stimul yaradır.













