Xəbərlər
Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Tarix yazan lider: Müasir dövlətçilik fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib

22.12.2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarix yazan lider: Müasir dövlətçilik fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib. Pirallahı Gənclər Evində təşkil olunan konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektiv üzvləri iştirak edib.





