“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilib.

20/04/2026, 15:43
xeber1

Məlum olduğu kimi, hər il aprel ayının 28-də Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən əməyin mühafizəsi və sağlamlığı ilə bağlı müxtəlif mövzulara diqqət yetirərək Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı Etihi Pirallahı Rayon Komitəsinin üzv təşkilatlarında maarifləndirmə tədbirləri keçirilib.Tədbirlərdə əmək mühafizəsinin əhəmiyyəti, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əmək qanunvericiliyinin tələbləri və işçilərin hüquqlarının qorunması mövzularında geniş məlumat verilib.Eyni zamanda iştirakçılarla fikir mübadiləsi aparılıb, real iş şəraitində qarşıya çıxan təhlükəsizlik məsələləri müzakirə olunub və profilaktik tədbirlər barədə tövsiyələr təqdim edilib.Tədbirlərin keçirilməsində əsas məqsəd əməkdaşlar arasında maarifləndirməni artırmaq və təhlükəsiz əmək mədəniyyətini gücləndirmək olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: