“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

22/10/2025, 15:13
xeber1

7 may 2025-ci il tarixində Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş təhsil işçiləri arasında şahmat turniri keçirilib.


Bakı Şəhər Gənclər və İdman İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən turnir Pirallahı Gənclər Evində baş tutub.Turnirdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı Gənclər Evinin direktoru Səkinə Məmmədova və ETİHİ Pirallahı RK sədri Arzu Cahangirova iştirak ediblər.

İntellektual və həyəcanlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

168 nömrəli tam orta məktəb;

186 nömrəli tam orta məktəb;

243 nömrəli tam orta məktəb.

Turnirdə qalib gələn iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medal, ETİHİ tərəfindən isə qiymətli hədiyyələr təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: