Xəbərlər
Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin anım gününün 22-ci il dönümünə həsr edilmiş ehsan süfrəsi təşkil olunub.

Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin anım gününün 22-ci il dönümünə həsr edilmiş ehsan süfrəsi təşkil olunub. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin dərin ehtiramla anılması məqsədilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, həmçinin ziyalılar iştirak edib.. Tədbir iştirakçıları müasir, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamış, onun xalqımızın yaddaşında əbədi olaraq milli lider kimi qalacağını qeyd edib..Ümummilli liderin həyat yolundan, strateji siyasətindən və dövlətçiliyimizin möhkəmlənməsində oynadığı tarixi roldan bəhs olunmuş, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğu diqqətə çatdırılıb.Anım mərasimi çərçivəsində ulu öndərin ruhuna dualar oxunub,onun xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb.Heydər Əliyevin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.






