“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.

22/10/2025, 14:03
xeber1

Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.Vətən torpağının azadlığı, millətin qüruru uğrunda canını fəda edən qəhrəmanlarımız heç zaman unudulmur. Onların igidliyi, mərdliyi və Vətənə olan sonsuz sevgisi hər birimizin qəlbində əbədi yaşayır.

Şəhid Vüsal Babayev də bu qəhrəmanlardan biridir. O, doğma torpaqlarımızın bütövlüyü naminə döyüş meydanına atılaraq, oz canını Vətən yolunda qurban verdi. Vüsalın şücaəti, döyüş ruhu və vətənpərvərliyi hər bir gənc üçün nümunədir.Bu gün biz onun ruhu qarşısında baş əyirik. Onun keçdiyi şərəfli yol bizə Vətəni sevməyi, qorumağı və heç vaxt unutmamağı öyrədir.

Ruhu şad, məkanı cənnət olsun! Sən bizim qəlbimizdə əbədi yaşayacaqsan.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: