“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrinin işçiləri arasında şahmat yarışına start verilib.

02/03/2026, 16:15
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrinin işçiləri arasında şahmat yarışına start verilib. Yarışın keçirilməsində əsas məqsəd ümummilli liderin zəngin dövlətçilik irsinin təbliği, təhsil işçiləri arasında intellektual oyunlara marağın artırılması, asudə vaxtın səmərəli təşkili və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. Rayonun müxtəlif ümumi təhsil müəssisələrini təmsil edən müəllim və işçilərin iştirakı ilə keçirilən yarış yüksək təşkilatçılıq səviyyəsində və idman ruhunda davam edir. Qeyd edək ki, yarışın I mərhələsinin qalibi 186 nömrəli tam orta məktəbin müəllimi Məmmədova Sevinc Sahib qızı olmuşdur. Qalibə növbəti mərhələdə uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: