“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrinin işçiləri arasında voleybol yarışı keçirilib.

04/03/2026, 15:12
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında voleybol yarışı keçirilib.Yarışın təşkilində əsas məqsəd ümummilli liderin zəngin dövlətçilik irsinin təbliği, təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılmasıdır.Təhsil müəssisələrini təmsil edən komandaların iştirakı ilə keçirilən yarış yüksək təşkilatçılıq səviyyəsində, sağlam rəqabət və idman ruhu şəraitində baş tutub.

Yarışın nəticələrinə əsasən qalib komandalar:

I yer – 168 nömrəli tam orta məktəb

II yer – 235 nömrəli tam orta məktəb

III yer –186 nömrəli tam orta məktəb

Qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: