“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında futbol yarışı keçirilib.

12/03/2026, 15:15
xeber1

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında futbol yarışı keçirilib.Yarışın keçirilməsi təhsil işçiləri arasında idmana marağın artırılması, kollektiv ruhun və həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda sağlam həyat tərzinin təşviq olunmasına xidmət edir.Təhsil müəssisələrini təmsil edən komandaların iştirakı ilə keçirilən yarış yüksək təşkilatçılıq səviyyəsində, sağlam rəqabət və idman ruhu şəraitində baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən qalib komandalar aşağıdakı kimi müəyyənləşdirilib:

I yer – 235 nömrəli tam orta məktəb

II yer– 168 nömrəli tam orta məktəb

III yer– 186 nömrəli tam orta məktəb

Qalib komandaları təbrik edir,onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: