“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunda yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlar ilə görüş keçirilib

09/09/2026, 10:00
xeber1

08 sentyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanması münasibətilə müəssisə rəhbərləri və 2025–2026-cı tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş Pirallahı rayonunun məzunları ilə görüş keçirilib.Görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvü Günay Əfəndiyeva, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları,təhsil müəssisələrinin direktorları,2025–2026-cı tədris ilində yüksək nəticə göstərmiş məzunlar və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər məzunları qazandıqları uğurlar münasibətilə təbrik edərək, onlara gələcək təhsil həyatlarında yeni nailiyyətlər arzulayıblar. Bildirilib ki, gənclərin yüksək səviyyədə təhsil alması və onların hərtərəfli inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.Çıxışlardan sonra yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim edilib,xatirə şəkli çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: