“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirallahı rayonunun təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup təhsil işçisi Quba rayonunda yerləşən Nazlı Bulaq istirahət mərkəzinə bir günlük gəzintiyə qatılıb.

16/03/2026, 11:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Pirallahı rayonunun təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup təhsil işçisi Quba rayonunda yerləşən Nazlı Bulaq istirahət mərkəzinə bir günlük gəzintiyə qatılıb. Gəzinti zamanı iştirakçılar təbiətin gözəlliyindən zövq alıb,səmimi və xoş atmosferdə vaxt keçirib.Həmkarlar arasında ünsiyyət və həmrəyliyin daha da güclənməsinə nail olublar.Bu kimi tədbirlər əməkdaşların asudə vaxtının səmərəli təşkili və kollektiv ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda ittifaq üzvləri belə gözəl və yaddaqalan istirahətin təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə dərin minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: