“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirəkəşkül məktəbinin kollektivi İsmayıllıya səfər edib

24/06/2026, 19:53
xeber1


A. Novruzov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbi kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.


Səfər iştirakçılar üçün həm istirahət, həm də maraqlı vaxt keçirmək imkanı yaradıb. İsmayıllının təbiət gözəllikləri, dağ mənzərələri və füsunkar guşələri ilə tanış olan kollektiv üzvləri bölgənin özünəməxsus ab-havasını yaxından hiss ediblər. Gün ərzində keçirilən gəzinti iştirakçılarda xoş təəssüratlar və yaddaqalan xatirələr formalaşdırıb.


Ekskursiya zamanı məktəb kollektivi arasında səmimi ünsiyyət və qarşılıqlı fikir mübadiləsi üçün də əlverişli şərait yaranıb. İştirakçılar onlar üçün təşkil olunmuş bu səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin həmkarlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.

Sosial şəbəkələrdə paylaş: