“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pirili kənd tam orta məktəbinin kollektivi ilə görüş.

26/02/2026, 10:11
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Pirili kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi.

Görüş zamanı kollektivin istək və təklifləri diqqətlə dinlənildi, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı. Səmimi və işgüzar şəraitdə keçən görüş qarşılıqlı fikir mübadiləsi ilə yadda qaldı.

Kollektiv onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi fəaliyyət hər bir üzvün ürəyincədir və ümumi məmnunluq doğurur.

Eyni zamanda, Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə xüsusi minnətdarlıq ifadə olundu. Bildirildi ki, üzvlərə göstərilən diqqət və qayğı əvvəlki illərlə müqayisədə daha da artmış, bu münasibət həm gözə çarpan, həm də real şəkildə hiss olunan səviyyəyə yüksəlmişdir.

Görüş kollektiv tərəfindən yüksək dəyərləndirildi və bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulandı.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: