Xəbərlər
Polimer Materialları İnstitutu əməkdaşlarına hədiyyə kartları təqdim edilib
17/11/2026, 17:09

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutunda (PMİ) Həmkarlar İttifaqı Komitəsi (HİK) tərəfindən institutun əməkdaşlarına Zəfər Günü münasibəti ilə hədiyyə kartları təqdim edilib. İnstitutun Həmkarlar Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova bayram münasibəti ilə bütün əməkdaşları təbrik edərək onlara xoş arzularını çatdırıb.
Bu təşəbbüs əməkdaşlara HİK tərəfindən göstərilən diqqət və qayğının, onların sosial rifahının dəstəklənməsinin nümunəsidir.







