Xəbərlər
Polkovnik-leytenant Vidadi Xəlilovun doğum günü münasibətilə anım mərasimi keçirilib

Bu gün Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Vidadi Xəlilovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə qəhrəman hərbçimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onun Vətənə sədaqətlə xidmət etdiyi şərəfli ömür yolu, Azərbaycan Ordusunun gücləndirilməsinə verdiyi töhfələr və Vətən uğrunda göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.
Çıxış edənlər polkovnik-leytenant Vidadi Xəlilovun peşəkarlığı, cəsarəti və vətənpərvərliyi ilə hər zaman örnək hərbçi olduğunu bildirərək, onun adının və xidmətlərinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd ediblər.
Anım mərasimində qəhrəmanın ailə üzvlərinə və yaxınlarına başsağlığı verilib, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağı vurğulanıb.
Polkovnik-leytenant Vidadi Xəlilovun göstərdiyi şücaət və Vətənə xidmət nümunəsi gələcək nəsillər üçün hər zaman örnək olacaq. Onun əziz xatirəsini dərin ehtiramla anır, Allahdan rəhmət diləyirik.





