“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Professor Kamran Kazımovun 65 illik yubileyi münasibətilə kollecdə görüş keçirildi.

06/03/2026, 14:36
xeber1

Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor, şəhid atası Kamran Şahverən oğlu Kazımovun 65 illik yubileyi münasibətilə kollecdə görüş keçirilmişdir.

Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva iştirak etmişdir.

Tədbirdə Kamran müəllimə xatirə hədiyyələri təqdim olunmuş, eyni zamanda o, təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Fəxri fərman ilə təltif edilmişdir.

Hörmətli Kamran müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Kamran müəllimin uzun illər ərzində Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində gördüyü işlər böyük dəyərə malikdir. Filologiya elmi sahəsində qazandığı uğurlar, pedaqoji fəaliyyəti və rəhbərlik etdiyi kollektivdə yaratdığı sağlam və səmimi mühit hər zaman yüksək qiymətləndirilir.

Eyni zamanda, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimizin atası kimi göstərdiyi qürur, iradə və dözüm hər birimiz üçün böyük nümunədir.

Arzu edirik ki, ömrünün bundan sonrakı illəri də sağlamlıq, xoş günlər və yeni nailiyyətlərlə zəngin olsun.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: