“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Psixi sağlamlıq gününə həsr olunmuş treninq keçirilib

08/10/2026, 12:53
xeber1

8 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə “Hisslərin rəngli dünyası” adlı interaktiv treninq keçirilib.Tədbirdə Sosial iş və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan 24 tələbə iştirak edib. Treninq çərçivəsində psixi sağlamlıq, emosional rifah və sağlam ünsiyyət mövzularında interaktiv oyunlar və fəaliyyətlər təşkil olunub. Yarışın qalibi Sosial iş ixtisasının komandası olub, iştirakçılara maarifləndirici bukletlər və simvolik hədiyyələr təqdim edilib.

Tədbir tələbələrin psixoloji dayanıqlılığının və emosional özünüifadə bacarıqlarının inkişafına töhfə verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: