“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qabaqcıl təhsil işçiləri təltif edildi.

01/10/2025, 15:34
xeber1

"5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü" ərəfəsində Salyan rayonunun ümumtəhsil məktəblərində çalışan 10 nəfər qabaqcıl təhsil işçisi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Salyan Rayon Komitəsi tərəfindən mükafat və hədiyyələrlə təltif edildi. Mükafatlandırma mərasimləri müəllimlərin çalışdığı təhsil müəssisələrində tədris zamanı həyata keçirilmiş, tədbirlərdə ETİHİ Respublika Komitəsinin əməkdaşı Ramil Orucov iştirak etmişdir. O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayevin təbriklərini təhsilverənlərə çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Müəllimlər göstərilən xüsusi diqqətə görə rəhbərliyə minnətdarlıqlarını bildirmiş, belə yanaşmanın onlara daha yaxşı çalışmaq üçün stimul verəcəyini vurğulamışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: