“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanla təltif olunan müəllimlərin təqdimetmə mərasimi keçirilib

17/11/2026, 23:37
xeber1

Qazax-Tovuz Regional Təhsil İdarəsində Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunan müəllimlərin təltifetmə mərasimi keçirilib.

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi olaraq biz də bu əlamətdar tədbirdə iştirak etdik.

 

Bu təltif müəllimlərimizin təhsilin inkişafına verdikləri töhfəyə, şagirdlərin təlim-tərbiyəsində göstərdikləri əməyə və peşəkar fəaliyyətlərinə verilən dəyərin ifadəsidir. Onların gündəlik zəhməti şagirdlərin bilik və bacarıqlarının formalaşmasında, özlərinə inamının artmasında və gələcək hədəflərini müəyyənləşdirməsində mühüm rol oynayır.

 

Hər bir şagirdin uğurunda ona yol göstərən, öyrənməyə həvəsləndirən müəllimin əməyi var. Bilik və təcrübəsini şagirdləri ilə bölüşən, onların inkişafına qayğı ilə yanaşan müəllimlərimizin nailiyyətləri təhsil ictimaiyyətimiz üçün də sevindiricidir.

 

Təltif olunan bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: