Xəbərlər
“Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” çərçivəsində atıcılıq yarışı keçirilib.
“Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” çərçivəsində təşkil olunan idman növlərindən biri də atıcılıq yarışı olub. Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrində çalışan qadın müəllimlər öz bacarıqlarını nümayiş etdiriblər.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
I yer – Roza Məmmədova
Göygöl rayon Qırıqlı kənd tam orta ümumtəhsil məktəbi
II yer – Aynur Quliyeva
Göygöl rayon Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi
III yer – Kəmalə Nəhmədova
Göygöl Peşə Məktəbi
Qaliblər diplom və medallarla təltif olunublar. Bu cür idman yarışlarının keçirilməsi müəllimlər arasında sağlam həyat tərzinin təşviqinə, idmana marağın artırılmasına və təhsil kollektivləri arasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.



