Xəbərlər
“Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” çərçivəsində dama yarışı keçirilib.

“Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” çərçivəsində təşkil olunan idman növlərindən biri də dama yarışı olub. Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrində çalışan qadın müəllimlər iştirak edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
I yer – Tünzalə Cəfərova-Göygöl rayon Yeni Zod tam orta ümumtəhsil məktəbi
II yer – Kəmalə Nəhmədova-Göygöl Peşə Məktəbi
III yer – Aynurə Aslanova-Göygöl şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbi
Qaliblər diplom və medallarla təltif olunublar. Bu cür yarışların keçirilməsi müəllimlər arasında sağlam rəqabət mühitinin formalaşmasına, təhsil kollektivləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.








