“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” çərçivəsində stolüstü tennis yarışı keçirilib.

09/03/2026, 16:07
xeber1

Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrində çalışan qadın müəllimlər iştirak edərək stolüstü tennis üzrə bacarıq və idman ustalıqlarını nümayiş etdiriblər. Oyunlar maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib, iştirakçılar yüksək əzmkarlıq və rəqabət ruhu ilə çıxış ediblər.

Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:

I yer – Ayşən Rzayeva

Göygöl şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbi

II yer – Hicran Nazarova

Göygöl rayonu Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi

III yer – Günay Sepxanova

Göygöl şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Qaliblər diplom və medallarla təltif olunublar. Tədbirin keçirilməsi müəllimlər arasında sağlam həyat tərzinin təşviqinə, idmana marağın artırılmasına və təhsil kollektivləri arasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: