Xəbərlər
Qadın Müəllimlərin İdman Festivalı – Göygöl 2026” çərçivəsində voleybol yarışı keçirilib.
Festivalın ən maraqlı və gərgin yarışlarından biri olan voleybol yarışı böyük maraq və rəqabət şəraitində baş tutub. Yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrində çalışan qadın müəllimlər iştirak edərək komanda işini, çevikliyi və strategiya bacarıqlarını nümayiş etdiriblər. Oyunlar yüksək ruh yüksəkliyi və həmrəylik şəraitində keçib.
Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
I yer – Göygöl rayon Balçılı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası
II yer – Göygöl rayon Xaqani kənd tam orta ümumtəhsil məktəbinin komandası
III yer – Göygöl müxtəlif məktəblərinin müəllimlərindən ibarət yığma komanda
Qaliblər diplom, medallar və kuboklarla təltif olunublar. Yarış müəllimlər arasında sağlam həyat tərzinin təşviqinə, komanda ruhunun möhkəmlənməsinə və təhsil kollektivləri arasında həmrəyliyin inkişafına mühüm töhfə verir.



