Xəbərlər
Qadın problemləri,gender bərabərliyi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Ağstafa Rayon Komitəsi və Qadın Problemləri, Gender Bərabərliyi Komissiyasının birgə təşkilatçılığı ilə Səadət Şükürov adına 3 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin məqsədi cəmiyyətdə gender bərabərliyinin təşviqi, qadın problemlərinin düzgün qiymətləndirilməsi, ailə dəyərləri, psixoloji sağlamlıq və şagird-yeniyetmələrin maarifləndirilməsi istiqamətində geniş müzakirələrin aparılması olmuşdur.
Tədbirdə Qadın Problemləri və Gender Bərabərliyi Komissiyasının sədri Elnarə İskəndərova, psixoloqlar Gülər Abbaslı və Səba Alməmmədova iştirak edərək mövzu ilə bağlı ətraflı çıxışlar etmiş, öz peşəkar baxışlarını tədbir iştirakçıları ilə bölüşmüşlər. Psixoloqlar tərəfindən gender zorakılığı, ailədaxili münasibətlər, gənclərin psixoloji təhlükəsizliyi, qarşılıqlı anlayış və cəmiyyətdə gender mədəniyyətinin formalaşdırılması mövzularında mühüm fikirlər səsləndirilmişdir.
Tədbir çərçivəsində mövzuya dair slayd təqdimatları, maarifləndirici çıxışlar və sual-cavab sessiyası keçirilmiş, iştirakçılara aktual məlumatlar çatdırılmışdır. Çıxışçılar iştirakçıları maraqlandıran sualları ətraflı cavablandıraraq mövzunun əhəmiyyətini bir daha vurğulamışlar.
Sonda tədbir iştirakçıları ETİHİ Ağstafa Rayon Komitəsi sədri Elvira Əfəndiyevaya
belə maarifləndirici görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd etmiş, təşkilatçılara təşəkkürlərini bildirmişlər. Keçirilən tədbir məzmunlu müzakirələrlə zəngin olmuş, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.









