Xəbərlər
Qadınlar arasında Dama yarışı

18 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 72 nömrəli tam orta məktəbdə təhsil işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qadınlar arasında Dama yarışı təşkil olundu. Yarışdan öncə Dövlət Himni səsləndi, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yarışa start verildi. Yarışda 15 komanda iştirak etdi. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən olundu.
I yer-169 nömrəli tam orta məktəbin psixoloqu Hüseynova Gülnarə Kamil qızı
II yer-72 nömrəli məktəb-litseyin fiziki tərbiyə müəllimi Şirinova Ellada Tofiq qızı
III yer 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri Abbasova Nigar Vəli qızı tutdular.Qalibləri təbrik edir növbəti mərhələdə üğurlar arzulayırıq.




