“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qadınlar arasında Şahmat yarışı

18/03/2026, 17:38
xeber1

17 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə 72 nömrəli tam orta məktəbdə təhsil işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş qadınlar arasında Şahmat yarışı təşkil olundu. Yarışdan öncə Dövlət Himni səsləndi, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yarışa start verildi. Yarışda 13 komanda iştirak etdi. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər aşağıdakı kimi müəyyən olundu.

I yer-307 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İmanlı Məğrurə Məhəmməd qızı

II yer-81 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Aburəhmanova Süsən Mütalib qızı

III yer Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Məktəbin fiziki tərbiyə müəllimi Fərəczadə Fidan Vidadi qızı tutdular. Qalibləri təbrik edir növbəti mərhələdə üğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: