“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qalacıq kənd tam orta məktəbin kollektivinin tədris ilinin sonunda asudə vaxtını və istirahətini səmərəli təşkil etmək, həmçinin işğaldan azad olunmuş torpaqları ziyarət məqsədilə Qarabağ zonasına ekskursiyası təşkil edilmişdir.

24/07/2026, 09:17
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Qalacıq kənd tam orta məktəbin kollektivinin tədris ilinin sonunda asudə vaxtını və istirahətini səmərəli təşkil etmək, həmçinin işğaldan azad olunmuş torpaqları ziyarət məqsədilə Qarabağ zonasına ekskursiyası təşkil edilmişdir. Təhsil işçiləri yol boyu işğaldan azad olunmuş Ağdam, Əsgəran, Xocalı , Xankəndi, Şuşa şəhərlərində gedən quruculuq , abadlıq işlərilə tanış oldular.İttifaq üzvləri qədim Şuşa şəhərindəki tarixi abidələri, məscidləri, Cıdır düzünü , qəhrəman Milli Ordu əsgərlərinin döyüşərək şəhid olduğu qayalıqları ziyarət etdilər. Tariximizin qızıl yaddaşı olan Qarabağ bölgəsinə təşkil olunmuş bu ekskursiyadan məmnunluq duyan məktəb kollektivi göstərilən dəstəyə görə Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürünü və minnətdarlığını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: