Xəbərlər
Qalib komandanın mükafatlandırma tədbiri keçirildi.

Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Şəki şəhərində keçirilən zona mərhələsinin qalibi olub. Şəki Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar.
Yarışın yekununda Qəbələ rayonunun komandası bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb. Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyununun gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında, komandada işləmək bacarığının inkişafında və fiziki hazırlığın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Zona mərhələsində qalib olan Qəbələ rayonunun komandası, eyni zamanda, respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
18 may 2026-cı il tarixində Qəbələ rayon təhsil sektoru və ETİHİ Qəbələ Rayon Komitəsi tərəfindən Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində qalib komandanın mükafatlandırma tədbiri keçirilib. Tədbirdə komandanın əldə etdiyi uğur yüksək qiymətləndirilib, iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub.
Komandamıza final mərhələsində uğurlar arzulayırıq!













